Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Kitabi-Dədə Qorqud və Haynrix Fridrix fon Dits-200” mövzusunda beynəlxalq şagird konfransı öz işinə başlayıb
10.12.2015 14:04
  • A-
  • A
  • A+

“Kitabi-Dədə Qorqud və Haynrix Fridrix fon Dits-200” mövzusunda beynəlxalq şagird konfransı öz işinə başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kitabi-Dədə Qorqud və Haynrix Fridrix fon Dits-200” mövzusunda beynəlxalq şagird konfransı öz işinə başlayıb.

Konfransda Azərbaycanın bütün bölgələrindən, eləcə də Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən olan məktəblilər  təmsil olunub.

Tədbirin açılış mərasimindən öncə iştirakçılar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Sonra məktəblilərin rəsm sərgisinin nümayişi ilə başlayan konfrans iki bölmədə işini davam etdirib. Konfransda “Kitabi-Dədə Qorqud” dastanı haqqında şagirdlərin məruzələri dinlənilib, mövzular ətrafında müzkirələr aparılıb.

Daha sonra bədii hissədə tədbir iştirakçıları Dövlət Uşaq Filarmoniyasının və Bakı məktəblilərinin hazırladıqları kompozisiyaları izləyiblər.

İki gün davam edəcək konfransın növbəti günündə şagirdlər şəhər gəzintisinə çıxacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: