www.science.az
10.12.2015 09:05

İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturunda dəyişiklik edilib

Elmin populyarlaşdırılması sahəsində işin səmərəliliyinin daha da artırılması məqsədilə AMEA Rəyasət Heyətinin iclasında İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturunda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, "Azərbaycan Milli Elmlər Akademiyasının xəbərlər məcmuəsi”nin işinin təşkili və nəşri İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsinin tabeliyinə verilib. Həmçinin idarənin strukturunda Elmi nailiyyətlərin təbliği şöbəsi yaradılıb. Tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva şöbənin rəisi vəzifəsinə təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir