Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın elmi müəssisələrinin magistraturalarında saathesabı tədris edən professor-müəllim heyətinin vəzifə maaşlarına əlavələr müəyyənləşdirilib
09.12.2015 17:30
  • A-
  • A
  • A+

AMEA-nın elmi müəssisələrinin magistraturalarında saathesabı tədris edən professor-müəllim heyətinin vəzifə maaşlarına əlavələr müəyyənləşdirilib

AMEA-da magistratura təhsilinin keyfiyyətinin yaxşılaşdırılması və professor-müəllim heyəti arasında rəqabətin artırılması məqsədilə fərqləndirmə və stimullaşdırma prinsipi tətbiq ediləcək. Bu barədə AMEA prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin iclasında məlumat verib.

Qərara əsasasən, AMEA-nın elmi müəssisələrində magistratura pilləsində ayrı-ayrı fənləri tədris edən professor-müəllim heyətinin dərs yükünə uyğun olaraq bir akademik saat (45 dəqiqə) üçün vəzifə maaşlarına əlavələr də müəyyənləşdirilib.

Alimin sözlərinə görə, əsas məqsəd AMEA-nın elmi müəssisələrində magistratura təhsilinin keyfiyyət səviyyəsini beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırmaq, magistraturada təhsil alan tələbələri gələcəkdə ölkəmiz üçün yüksək səviyyəli mütəxəssislər kimi hazırlamaq, onların ölkəmizdə və xarici ölkələrdə ixtisasları üzrə təhsilinin və təcrübələrinin davam etdirmələrini təmin etməkdir.

Qərarın icrası ilə bağlı məsələlərin həlli AMEA Rəyasət Heyətinin aparatının Elm və təhsil idarəsinə və AMEA Rəyasət Heyətinin aparatının Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinə tapşırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: