www.science.az
08.12.2015 14:51

Mikroskopik qızıl kürəciklər xərçəng xəstəliyini müalicə edə biləcək

Alimlər xərçəng xəstəliyinin müalicəsi üçün tədqiqatlar aparırlar. Belə ki, onlar  mikroskopik qızıl kürəciklərin kimyaterapiyanın effektivliyinə təkan verərək yan təsirləri azaltdığını kəşf ediblər.

London İmperial Kollecinin professoru Endryu Torlinin sözlərinə görə, qızıl nanohissəciklər insan hüceyrələri tərəfindən sorula bilir. Onlar kimyaterapiya preparatlarına örtük kimi birləşərək bədxassəli şişə doğru hədəflənirlər.

Alimlərin fikrincə, qızıl nanohissəciklər kimyaterapiya zamanı bədəndə yaranan zəiflik, saç tökülməsi və eşitmə  qabliyyətinin zəifləməsi kimi kənar təsirləri azaldaraq sağlam toxumalara zərər verməyəcək. Həmçinin bu hissəciklər infra-qırmızı şüalanma vasitəsilə qızdırılaraq bədxassəli şişləri daxildən məhv edə biləcək.

Hazırda alimlər bu üsulu ağciyər xərçənginin müalicəsində tətbiq etməyə hazırlaşırlar. Gələcəkdə digər orqanların xərçəng xəstəliyindən müalicəsində də bu üsulun tətbiqi planlaşdırılır. 

www3.imperial.ac.uk