www.science.az
08.12.2015 10:14

Milli Azərbaycan Tarixi Muzeyinə Naxçıvan xanlığının bayrağının mulyajı hədiyyə edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə Naxçıvan Muxtar Respublikası Ali Soveti tərəfindən Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilib. Mulyaj Rusiyanın Sankt-Peterburq şəhərindəki Artilleriya, Raket qoşunları və Rabitə qoşunları Hərbi-Tarixi Muzeyində qorunan Naxçıvan xanlığının dövlət bayrağının tam oxşarı olaraq hazırlanıb.

Qeyd edək ki, Rusiya muzeylərində Naxçıvan xanlığına aid bayraqları ilk dəfə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov aşkar edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir