www.science.az
07.12.2015 16:34

AMEA-da Mülki Müdafiə sahəsində növbəti seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci Xüsusi şöbəsində MM sahəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İkinci Xüsusi şöbəsinin rəisi Eldar Quliyev gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra noyabr ayında keçirilən “Rəhbər heyətin MM məşqi”nin keçirilməsi məsələsi müzakirə olunub.

AMEA-nın 2015-ci ilin MM tədbirlər planına uyğun olaraq noyabr ayında bir çox elmi təşkilatlarda “Fövqəladə hadisələr və hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda obyektin Rəhbər heyətinin MM məşqi keçirilib. Məşqlərin keçirilməsində məqsəd Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli qərarının tələblərinin Rəhbər heyət, Fövqəladə Hallar Komissiyası, MM qərargahı və MM qüvvələrinin komandir-rəis heyəti tərəfindən mənimsənilməsi, qəza-xilasetmə işlərinin təşkili və aparılmasında idarəetmənin təkmilləşdirilməsi idi. Bununla əlaqədar Rəhbər heyətin MM məşqinin keçirildiyi hər bir obyektin MM qərargah rəislərinin məruzələri dinlənilib.

Daha sonra 2016-cı il üçün illik MM üzrə tədbirlər planının hazırlanmasına dair tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir