www.science.az
07.12.2015 11:58

Arının anatomik quruluşuna bənzər cərrahi alət hazırlanıb

Londonun İmperial Kollecinin alimləri eşşəkarısının anatomik quruluşundan istifadə edərək yeni cərrah aləti - beyində əməliyyat üçün mütəhərrik iynə hazırlayıblar. Alətin elastik quruluşu neyrocərrahlara dərman preparatlarını beynin lazımi sahələrinə ətrafdakı toxumaları zədələmədən yeritməyə imkan verir. Hazırda istifadə edilən düz və sərt iynələr bu xüsusiyyətə malik deyil. Pasiyent üçün bu, arzuedilməz kənar müdaxilələr riskinin azalması deməkdir.

Minici eşşəkarısının iynəsi xüsusi mütəhərrikliyə malikdir. Bu, həşərata öz qurbanını – oduncaqda yaşayan parazitlərin süfrələrini sərrastlıqla deşməyə imkan verir. Mexanizm eşşəkarısı iynəsinin hərəkətini xatırladan üç kiçicik, yan-yana sürüşən polimer valcıqdan ibarətdir. Bu, beynin mühüm sahələrini zədələməmək üçün bükülməyə imkan verir. İynənin robot əl vasitəsilə yeridiləcəyi planlaşdırılır.

www3.imperial.ac.uk