Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycandilli “Vikipediya”da müasir incəsənət ayına start verilib
04.12.2015 12:43
  • A-
  • A
  • A+

Azərbaycandilli “Vikipediya”da müasir incəsənət ayına start verilib

Azərbaycandilli “Vikipediya” onlayn-ensiklopediyasında incəsənət sahəsi ilə bağlı materialların sayının artırılması üçün “Müasir incəsənət ayı”na start verilib.

Dekabrın 1-dən 31-dək davam edəcək “Müasir incəsənət ayı” “Mövzulu ay” layihəsinin bir hissəsi kimi bu sahə üzrə məqalələrdəki boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulub. 

Layihə iştirakçıları az.wikipedia.org səhifəsində nəzərdə tutulan, həmçinin həmin səhifədə olmayan, lakin müasir incəsənətlə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.

Layihə “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: