www.science.az
03.12.2015 11:56

3D çap texnologiyası ilə hazırlanmış dərman preparatları istehsal edilib

Paketləşdirilmiş dərman həbləri adətən insan bədəninə uyğun olan dozanı təyin edə bilmir. Belə ki, göstərilən doza bəzən bir orqanı sağaldırsa, digərinə isə əks təsir göstərir.

Veyk Forest Universitetinin Tibb Kollecinin bir qrup tədqiqatçıları effektiv müalicə üçün uyğun gələn dozanı müəyyən etməyi bacarıblar. Onlar 3ölçülü çap texnologiyasından istifadə edərək dərman preparatları hazırlayıblar. Belə ki, tədqiqatçılar tərəfindən hazırlanan alqoritm pasiyentin bədəni üçün ideal olan dozanı hesablayır və üçölçülü printerlə çap edir.

Üçölçülü printerdə çap olunmuş yeni dərman “Spritam” adlanır. Bu dərman epileptik qıcolmaların müalicəsi üçün nəzərdə tutulub. Ekspertlərin fikrincə, 3D-çap dozanın fərdi şəkildə seçilməsinə və aktiv elementlərin uyğunluğuna şərait yaratdığı üçün bu preparat ənənəvi dərman vasitələrindən daha təsirli ola bilər . 

www.news.discovery.com