Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Folklor və dövlətçilik” mövzusunda konfrans keçiriləcək
01.12.2015 11:06
  • A-
  • A
  • A+

“Folklor və dövlətçilik” mövzusunda konfrans keçiriləcək

Dekabrın 7-də saat 11:00-da AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklor və dövlətçilik” mövzusunda I Elmi Konfrans keçiriləcək.

“Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” layihəsi çərçivəsində həyata keçiriləcək konfransın məqsədi türk dövlət etiketləri, mərasim və bayramlarının etnosun total davranış formulu və özünütəşkiletmə modeli kimi folklor materialları əsasında tədqiqi məsələlərinin müzakirəsidir.

Tədbirdə “Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları”, “Türklərdə əcdad kultu və əcdad bayramı”, “Türk dövlətçilik ənənəsində bayraqlar və bayraq qurbanı mərasimi”, “Azərbaycan milli mədəniyyət sistemində folklor və dövlətçilik”, “Türk xalqlarının mərasim folkloru və dövlətçilik” mövzusunda məruzələr dinləniləcək.

Ünvan: Bakı ş., H.Cavid pr. 115, 2-ci mərtəbə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: