Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fəlsəfə və Hüquq İnstitutunda elmin inkişafı ilə bağlı müzakirələr aparılıb
26.11.2015 13:52
  • A-
  • A
  • A+

Fəlsəfə və Hüquq İnstitutunda elmin inkişafı ilə bağlı müzakirələr aparılıb

Noyabrın 26-da AMEA Fəlsəfə və Hüquq İnstitutunda AMEA-nın 70 illiyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin məruzəsi ilə əlaqədar bu elm müəssisəsinin qarşısında duran vəzifələr və onların həlli yolları müzakirə edilib.

Tədbirdə institutun direktoru, professor İlham Məmmədzadə Prezident İlham Əliyevin elmə daim böyük önəm verdiyini bildirib. Müasir dünyada elmin mühüm rolunu qeyd edən professor İ. Məmmədzadə rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti və qarşıda duran vəzifələrdən danışıb. Alim qeyd edib ki, AMEA-nın 70 illiyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin məruzəsi alimlər qarşısında yeni və mühüm vəzifələr qoyub. Elmin inkişafı üzrə yeni dövr üçün strategiyanın və dövlət proqramının hazırlanmasının vacibliyi əsaslandırılıb.

Sonra çıxış edən fəlsəfə elmləri doktoru Füzuli Qurbanov elmlərarası, fənlərarası tədqiqatların əhəmiyyətindən bəhs edib, multidissplinar baxımdan yeni elmi metodların tətbiqinin zəruriliyini diqqətə çatdırıb.

İclasda professorlar İsaxan Vəliyev, Habil Qurbanov, fəlsəfə üzrə fəlsəfə doktorları Səidə Əliyeva, Roida Rzayeva və başqaları da çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: