Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın ilk təsisçilərindən olan akademik Mirzə İbrahimov haqqında yeni monoqrafiya nəşr edilib
26.11.2015 11:16
  • A-
  • A
  • A+

AMEA-nın ilk təsisçilərindən olan akademik Mirzə İbrahimov haqqında yeni monoqrafiya nəşr edilib

AMEA-nın 70 illik yubileyi münasibətilə Akademiyanın ilk təsisçilərindən olan Mirzə İbrahimov haqqında yeni monoqrafiya nəşr edilib.

Monoqrafiyada görkəmli Azərbaycan yazıçısı, dramaturqu, publisisti, ictimai-siyasi xadim, akademik Mirzə İbrahimovun həyatı, elmi və elmi-təşkilati fəaliyyəti tədqiqat obyekti kimi önə çəkilib.

“Akademik Mirzə İbrahimov” adlı kitabın müəllifi Humanitar Elmlər Bölməsinin akademik-katibi,  Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

Kitabın baş məsləhətçisi və elmi redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: