www.science.az
29.09.2013 00:00

“Qasım bəy Zakir və müasirləri” kitabı çapdan çıxmışdır

“Elm və təhsil” nəşriyyatında AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun “Qasım bəy Zakir və müasirləri” kitabı çapdan çıxmışdır. 

Əlyazma mənbələri əsasında yazılmış, yeni faktlarla zəngin olan bu monoqrafiyada şairin həyat və yaradıcılığı, Cəfərqulu xan Nəva, Mirzə Fətəli Axundzadə və digər müasirləri ilə münasibətləri, yetişdiyi və yaşadığı ədəbi mühit haqqında məlumat verilmiş, onun bir sıra qeyri-mətbu şeirləri oxuculara təqdim edilmişdir.

 Kitabın elmi redaktorları professorlar Möhsün Nağısoylu və Zaman Əsgərli, rəyçisi isə filologiya elmləri doktoru Paşa Kərimovdur.

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.