Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AR Milli Məclisində yeni yaradılan komitənin sədri akademik Əhliman Əmiraslanov təyin olunub
24.11.2015 17:24
  • A-
  • A
  • A+

AR Milli Məclisində yeni yaradılan komitənin sədri akademik Əhliman Əmiraslanov təyin olunub

Azərbaycan Respublikasının Milli Məclisində “Səhiyyə” komitəsi yaradılıb. Yeni komitənin sədri AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov seçilib. Bu barədə beşinci çağırış Milli Məclisin noyabrın 24-də keçirilən ilk iclasında parlamentin sədri Oqtay Əsədov məlumat verib. 

İclasda bir sıra yeni təyinatlar da olub. Belə ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Elm və təhsil" komitəsinin, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov "Mədəniyyət" komitəsinin,  akademik Ziyad Səmədzadə "İqtisadi siyasət, sənaye və sahibkarlıq" komitəsinin sədri təyin olunublar.

O.Əsədov bildirib ki, Milli Məclisdə "Ailə, qadın və uşaq məsələləri" komitəsi, "İctimai birliklər və dini qurumlar" komitəsi, o cümlədən "Gənclər və idman" komitəsi də yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: