Noyabrın 27-də saat 11:00-da AMEA-nın İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə 1932-1933-cü illərdə Ukraynada baş vermiş Qolodomora həsr edilmiş “SSRİ-də kütləvi terror – kütləvi siyasi repressiyalar. 1932-1933-cü illərdə Ukraynada Qolodomor tarixi həqiqətləri” mövzusunda dəyirmi masa keçiriləcək.
Tədbir çərçivəsində, həmçinin tanınmış Amerika tarixçisi, ABŞ-nın Yel Universitetinin professoru Timoti Snayderin “Qanlı torpaqlar: Avropa Hitler və Stalinin arasında" ("Кровавые земли: Европа между Гитлером и Сталиным") kitabının təqdimatı olacaq.
Ünvan: Bakı ş., H.Cavid pr., 115
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir