www.science.az
24.11.2015 10:01

ABŞ alimləri okean balığının sirli xüsusiyyətini aşkarlayıb

ABŞ-ın Texas Universitetinin alimləri okean sularında yaşayan “iri gözlü stavrid” və Atlantik “ay balığı” kimi tanınan “Selena”da sirli xüsusiyyətlər aşkarlayıblar.

Bu balıqlara işıq düşən zaman gümüşü pulcuqlarının üzərindəki elementlər onu tamamilə görünməz edə bilir.

ABŞ hərbi donanması balığın bu xüsusiyyətini dərindən araşdırmaq üçün tədqiqatçılara maliyyə dəstəyi göstərir. Texas Universiteti alimlərinin sözlərinə görə, balıqlar bu sehr sayəsində dalğaların işığında seçilmir. Onların dərisinin səthindəki mikroskopik elementlər işığı özündə əks etdirərək “kamuflyaj” (göz aldatma) yarada bilir.

Uzun illərdir ki, ABŞ hərbi donanması gəmilərini suda görünməz etmək üçün yollar axtarır. Bu araşdırmalar sayəsində hərbi donanma “kamuflyaj”ın bu metodunu dərk etməyə daha bir addım yaxınlaşıb.

www.newsjs.com