AMEA Zoologiya İnstitutunun Parazitologiya şöbəsinin və su heyvanlarının parazitləri laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Asif Manafov “Avropa Nəşr Mətbu Evi”nin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
Alim bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, eləcə də ölkəmizin su hövzələrindəki müxtəlif təsnifat qruplarından olan canlıların kompleks şəkildə araşdırılması sahəsində apardığı uğurlu elmi tədqiqatlara, elmi kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və biologiya elminin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir