www.science.az
20.11.2015 10:49

Türkiyənin Orta Doğu Texnik Universiteti ilə Aşqarlar Kimyası İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu günlərdə Orta Doğu Texnik Universiteti ilə AMEA Aşqarlar Kimyası İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Orta Doğu Texnik Universitetinin Kimya fakültəsinin dekanı, prof. Dr. Cihangir Tanyeli və Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd hər iki qurum arasında təcrübə mübadiləsi, elmi konfransların təşkili, qarşılıqlı razılıq əsasında digər akademik mübadilələr və birgə elmi-tədqiqat işlərinin aparılması olub.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin verdiyi məlumata görə, hər iki tərəf əməkdaşlığın bir neçə əsas istiqamətini müəyyənləşdirib: "Memorandumda mövcud elmi, elmi-texniki materialların və digər informasiyaların öyrənilməsi və tətbiq edilməsi məqsədilə məlumatların ötürülməsi və qarşılıqlı mübadilələrin aparılması nəzərdə tutulur. Eyni zamanda, kimyanın müxtəlif sahələri üzrə gənc tədqiqatçıların Orta Doğu Texnik Universitetinin Kimya fakültəsi və Aşqarlar Kimyası İnstitutunun laboratoriyalarında təcrübə keçmələri təmin ediləcək".

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir