Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da doktoranturaya qəbul imtahanları başlanıb
19.11.2015 16:59
  • A-
  • A
  • A+

AMEA-da doktoranturaya qəbul imtahanları başlanıb

AMEA Rəyasət Heyətinin 4 noyabr 2015-ci il tarixli qərarına əsasən AMEA-da doktoranturaya qəbul imtahanları 16 noyabr - 10 dekabr 2015-ci il tarixinədək keçirilməlidir. Bu gün AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarında müvafiq ixtisas fənnləri üzrə doktoranturaya qəbul imtahanları keçirilib.

AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov imtahan prosesinin gedişi ilə maraqlanmaq üçün əvvəl AMEA-nın Fizika, sonra isə Riyaziyyat və Mexanika institutlarında olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: