Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Avropa Komissiyasi  TAIEX aləti iclasinda AMEA EİM-in yeni layihəsi qəbul olunub
19.11.2015 16:36
  • A-
  • A
  • A+

Avropa Komissiyasi TAIEX aləti iclasinda AMEA EİM-in yeni layihəsi qəbul olunub

Avropa Komissiyasının TAIEX alətinin iclasında AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) hazırladığı "Regionun dayanıqlı inkişafının ekoloji-iqtisadi qiymətləndirilməsi" adlı layihəyə baxılmış və icraya qəbul olunmuşdur.

2016-cı ilin yanvar-fevral aylarında Bakıda layihə əsasında Avropa Komissiyasının TAIEX alətinin ekspertlərinin təşkilatçılığı ilə Azərbaycan regionlarının dayanıqlı inkişafı üçün göstəricilərinin yeni üsullar və hesablama prinsiplərini inkişaf etdirmək məqsədilə Avropa Birliyi ölkələrinin qabaqcıl təcrübəsi mövzusunda seminarın keçirilməsi nəzərdə tutulur.

Seminarda regional iqtisadi siyasətinin formalaşdırılması, ekoloji siyasət və dayanıqlı inkişaf əlaqələrini müəyyənləşdirmək, regionda iqtisadiyyatın təşkili forması və iqtisadi fəaliyyətin tənzimlənməsinin inkişafı modelinin dəyişdirilməsi, regionun ekoloji cəhətdən dayanıqlı inkişafı strategiyasının təkmilləşdirilməsi, dövlət idarəetməsində regionların ekoloji təhlükəsizliyi üçün iqtisadi alətlərin əlavə olunması, regionların biomüxtəlifliyinin iqtisadi qiymətləndirilməsi mövzusunda məsələlər müzakirə olunacaqdır.

Seminarda Azərbaycan alimləri, dövlət qurumlarının mütəxəssisləri və sahibkarlar iştirak edə, mövzuya aid sual və təkliflərini Elmi İnnovasiyalar Mərkəzinə göndərə bilərlər. Bu təklif və suallar seminarda müzakirə olunmaq üçün Avropa Komissiyasının TAIEX aləti ekspertlərinə təqdim olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: