Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.11.2015 16:35
  • A-
  • A
  • A+

“Smithsonian” Muzeyinin əməkdaşları AMEA Əlyazmalar İnstitutunda olublar

“Smithsonian” Muzeyinin əməkdaşları AMEA Əlyazmalar İnstitutunda olublar

17 noyabr 2015-ci il tarixdə ABŞ-ın “Smithsonian” Təbiət Tarixi Milli Muzeyinin aparıcı tədqiqatçı antropoloqu, muzeyin Asiyanın mədəni tarixi proqramının direktoru Pol Teylor, bu ölkənin bir qrup alim və mütəxəssisi ilə AMEA Əlyazmalar İnstitutunda təşkil olunmuş görüşdə iştirak ediblər.

Görüşdə AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli qonaqlara Azərbaycan əlyazmaşünaslığının tarixi barədə məlumat verib. Əlyazmaların araşdırılması sahəsində dünyanın bir çox muzey, kitabxana və tədqiqat müəssisələri ilə institutun əlaqələri haqqında danışıb. Bildirib ki, biz tədqiqat əlaqələrimizi genişləndirmək üçün ABŞ-ın elmi tədqiqat mərkəzləri ilə də əməkdaşlıq qurmaqda maraqlıyıq.

Qonaqlar “Bakı-Tiblisi-Ceyhan” neft boru kəməri boyunca arxeoloji, etnoqrafik abidələrin elektron xəritəsinin və məlumat toplusunun hazırlanması sahəsində azərbaycanlı tədqiqatçılarla əməkdaşlıqları barədə məlumat veriblər. Görüşdən sonra amerikalı qonaqlar institutun ekspozisiya zalında əlyazmaların elektron versiyaları, mulyajları, əksi-çap kitablarının sərgisi, kataloqlaşdırılmış materiallarla tanış olublar.

Sonda amerikalı qonaqlar ekspozisiya zalının xatirə kitabına ürək sözlərini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: