Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri” adlı monoqrafiya çap olunub
18.11.2015 14:15
  • A-
  • A
  • A+

“Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri” adlı monoqrafiya çap olunub

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun elmi redaktorluğu və bu elmi müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları  Qalib RüstəmovElina Kərimovanın müəllifliyi ilə “Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri”  monoqrafiyası çapdan çıxıb. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının və Coğrafiya İnstututunun 70 illik yubileyinə həsr olunub.

Əsərdə Abşeron yarımadasının müasir landşaftları, onların ekocoğrafi vəziyyəti ən yeni materiallar əsasında şərh edilir. Tərtib olunmuş irimiqyaslı rəqəmsal "Landşaft xəritəsi" əsas götürülməklə, Abşeron yarımadasının çirklənməmiş və neftlə çirklənmiş landşaftlarında makro və mikro kimyəvi elementlərin yayılma xüsusiyyətləri təqdim olunub.

Monoqrafiya landşaftşünaslar, coğrafiyaçı-ekoloq mütəxəssislər, ali məktəb müəllimləri, bakalavr və magistrlar, ekologiya ilə maraqlanan geniş oxucu kütləsi və ərazi planlaşdırılması ilə məşğul olan dövlət qurumları üçün nəzərdə tutulub.

Qeyd edək ki, yeni nəşr ARDNŞ-in "Elm Fondu"nun qrant layihəsi və yerinə yetirilən tədqiqatların nəticələri əsasında hazırlanıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: