www.science.az
18.11.2015 13:38

Amerikalı mütəxəssislər Arxeologiya və Etnoqrafiya İnstitutunun İçərişəhərdəki muzeyində olublar

Noyabrın 17-də ABŞ-ın “Smithsonian” Təbiət Tarixi Milli Muzeyinin aparıcı tədqiqatçı antropoloqu, muzeyin Asiyanın mədəni tarixi proqramının direktoru Pol Teylor, bu ölkənin bir qrup alim və mütəxəssisi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İçərişəhərdəki muzeyində olublar.

Görüşdə bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova qonaqlara ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın arxeologiya və etnoqrafiyasının inkişafına göstərilən müstəsna diqqət və qayğıdan söz açıb.

Qonaqlar xalqımızın zəngin qədim tarixini əks etdirən muzeyin eksponatları ilə tanış olublar. Son dövrlərdə Azərbaycan arxeoloqlarının uğurlu tədqiqatları barədə onlara ətraflı məlumat verilib.

Daha sonra amerikalı mütəxəssislər azərbaycanlı həmkarları ilə əməkdaşlıq barədə səmərəli fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir