www.science.az
13.11.2015 15:50

İctimai Elmlər Bölməsinin iclasında mühüm məsələlər müzakirə olundu

Noyabrın 13-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İEB-in akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələlər barədə məlumat verdi.

İclasda AMEA prezidentinin 21 oktyabr 2015-ci il tarixli sərəncamına əsasən İEB-in elmi-tədqiqat müəssisələrində 2016-cı ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlər planı, “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunacaq namizədlərin müəyyənləşdirilməsi, İqtisadiyyat İnstitutunun Elmi Şurasının tərkibində dəyişiklik edilməsi məsələləri müzakirə olundu.

Tədbirdə, həmçinin İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Sulduz Səlimovun “Azərbaycanın davamlı inkişaf strategiyasında qeyri-ənənəvi enerji növlərinin səmərəli istifadəsi imkanlarının neyro-qeyri-səlis üsullarla araşdırılması” layihəsinə verilən rəy, Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylinin “Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sosioloji tədqiqatlar əsasında (1988-1994)” layihəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

Sonda bir sıra kadr məsələlərinə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir