Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının  2-ci nömrəsi çapdan çıxıb
13.11.2015 10:09
  • A-
  • A
  • A+

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının 2-ci nömrəsi çapdan çıxıb

Bu yaxınlarda "AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının 70-ci cildinin növbəti 2-ci nömrəsi çapdan çıxıb. Nəfis şəkildə çap olunmuş  jurnalın bu sayı Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 illik yubileyinə həsr olunub.

Nəşrin növbəti sayı jurnalın baş redaktoru, akademik Cəlal Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təbrik məqaləsi ilə başlanır. Məqalədə AMEA-nın 70 ildə keçdiyi çətin və şərəfli yola qısa nəzər salınır, əldə olunan nailiyyətlərdən bəhs olunur, gələcəkdə AMEA-nın və Azərbaycan elminin qarşısında duran məsələlərdən söz açılır. Jurnalın bu sayında Akademiyanın institutlarında və respublikanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan tədqiqatların nəticələrini özündə əks etdirən məqalələr dərc olunub. Nəşrdə müxtəlif sahələrdə aparılan tədqiqatları əks etdirən çoxsaylı məqalələrlə yanaşı, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olmuş görkəmli alimlərimizin yubileylərinə həsr olunmuş məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: