Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutu AMEA-nın 70 illik yubileyi münasibətilə bir sıra tədbirlər həyata keçirib
12.11.2015 14:35
  • A-
  • A
  • A+

Botanika İnstitutu AMEA-nın 70 illik yubileyi münasibətilə bir sıra tədbirlər həyata keçirib

AMEA Botanika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə bir sıra tədbirlər həyata keçirib.

70 illiyə həsr olunmuş tədbirlər sırasında “AMEA-nın görkəmli alimləri” nəşrləri çərçivəsində A.A.Qrossheym haqqında kitab tərtib olunub, “Azərbaycanın bitki aləmi” adlı rəngli kitab-albom və institutun tarixi və fəaliyyəti haqqında buklet və broşurlar (3 dildə) dərc olunub. Həmçinin,  AMEA-nın 70 illik tarixində Botanika İnstitutunun elmi inkişaf yoluna həsr olunmuş “Təbiəti sevənlər” adlı sənədli film çəkilib. 70 illiyə həsr olunan “Botanika İnstitutunun elmi əsərləri”nin 35-ci cildi çapa hazırlanıb. Respublika mətbuatında institutun tarixi fəaliyyətini əks etdirən məqalələr dərc edilib.

Yubileylə əlaqəli təşkil edilmiş sərgidə Azərbaycanın bitki ehtiyatlarını əks etdirən eksponatlar (bitki mənşəli təbii ekstraktlar, boyaq maddələri, piyli yağlar, efir yağları), institutun elmi fəaliyyətindən bəhs edən videoçarx və əməkdaşların elmi nəşrləri nümayiş olunur.

İnstitutun bir qrup əməkdaşı çoxillik səmərəli elmi-ictimai fəaliyyətinə görə AMEA Rəyasət Heyəti, Biologiya və Tibb Elmləri Bölməsi və institutun Fəxri Fərmanı ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: