Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.11.2015 09:59
  • A-
  • A
  • A+

Rusiyalı alimlər Elm Tarixi İnstitutunda təcrübələrini bölüşəcəklər

Rusiyalı alimlər Elm Tarixi İnstitutunda təcrübələrini bölüşəcəklər

AMEA-nın Elm Tarixi İnstitutunda (ETİ) Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiət və Texnika Tarixi İnstitutunun direktoru, REA-nın müxbir üzvü Yuri Baturinin iştirakı ilə “dəyirmi masa” keçirilib.

Tədbirdə institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli yeni yaranan elm müəssisəsinə müxtəlif sahələrdən peşəkar kadrların cəlb olunması istiqamətində işlərin davam etdirildiyini söyləyib. Qeyd olunub ki, institut fəaliyyətinə akademiyanın və yer elmləri tarixinin araşdırılmasından başlayıb.

Y.Baturin rəhbərlik etdiyi qurumun strukturu və fəaliyyət istiqamətlərindən danışıb. O, AMEA haqqında müxtəlif arxiv məlumatlarının toplanılmasının və sənədləşdirilməsinin, onlardan ETİ-nin gələcək fəaliyyətində istifadə edilməsinin vacibliyini vurğulayıb.

Rusiyalı qonaq hər iki institut arasında əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. O, Təbiət və Texnika Tarixi İnstitutunun əməkdaşlarının ETİ-də müxtəlif sahələr üzrə seminarlarda iştirak etməklə təcrübələrini bölüşə biləcəklərini deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: