Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

UNESCO-nun mütəxəssisi Milli Azərbaycan Tarixi Muzeyində olub
11.11.2015 10:21
  • A-
  • A
  • A+

UNESCO-nun mütəxəssisi Milli Azərbaycan Tarixi Muzeyində olub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dəvəti ilə respublikamızda işgüzar səfərdə olan UNESCO-nun manuskriptlərin bərpası üzrə mütəxəssisi və məsləhətçisi Stavros Andreou muzeyin Bərpa laboratoriyasının əməkdaşları ilə təcrübə mübadiləsi keçirib.

Bu müəssisənin rəhbərliyi ilə görüşdə respublikada tarixi-mədəni abidələrin qorunması, yeni muzeylərin açılması barədə məlumat verilib. Eyni zamanda, muzeydə görülən işlər nümayiş etdirilib.

Qonağa muzeyin nəşrləri təqdim olunub. S.Andreou UNESCO xətti ilə Qüdsdəki İslam Muzeyində saxlanılan nadir əlyazmaların bərpa prosesini əks etdirən rəqəmsal surətləri və müvafiq elmi kitabları muzeyə hədiyyə edib.

Sonra muzeydə qorunan sənədlərin vəziyyəti ilə tanış olan mütəxəssis laboratoriyanın əməkdaşlarına sənədli mənbələrin saxlanılmasına və konservasiyasına dair faydalı məsləhətlər verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: