Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Nobel mükafatı laureatı Corc Ficerald SMUT AMEA-nın 70 illik yubiley tədbirində çıxış edib
10.11.2015 13:54
  • A-
  • A
  • A+

Nobel mükafatı laureatı Corc Ficerald SMUT AMEA-nın 70 illik yubiley tədbirində çıxış edib

Xəbər verdiyimiz ki, dünən Akademiyanın Əsas binasında AMEA-nın 70 illik yubileyi yüksək səviyyədə qeyd edilib. Tədbirdə  Nobel mükafatı laureatı, professor Corc Ficerald SMUT da çıxış edərək AMEA-nın tarixi, elmi fəaliyyəti və alimləri haqqında fikirlərini bölüşüb. Qonaq Azərbaycan alimlərinin fizika və biofizika sahəsində araşdırmalarının, ölkəmizin kosmik sənayeyə yiyələnməsinin dünyanın elmi ictimaiyyətinin diqqət mərkəzində olduğunu vurğulayıb. Biofizika elmi sahəsində əldə olunan nailiyyətləri xüsusi vurğulayan alim qeyd edib ki, bu gün kompüterlərin gücü demək olar ki, bütün sahələrdə hiss olunur və elmin inkişafı üçün böyük imkanlar açır.

Corc Ficerald Smut elmi kadrların yetişdirilməsində AMEA-nın səmərəli fəaliyyətindən söz açıb, Akademiyada magistr kurslarının təşkilini təqdirəlayiq hal kimi dəyərləndirib.

Sonra alim dünyada müxtəlif xəstəliklərə qarşı mübarizədə tibb elminin son nailiyyətlərindən danışıb. Azərbaycanda insan sağlamlığına göstərilən qayğıdan söhbət açan C.Smut ölkəmizdə diabet, qan dövranı, ürək-damar kimi qeyri-keçici xəstəliklərin qarşısının alınması üçün mühüm tədbirlərin görüldüyünü bildirib. Ölkəmizdə keçici xəstəliklərin ciddi şəkildə müşahidə edilmədiyini vurğulayıb.

Sonda Nobel mükafatı laureatı təbabətdə nanotexnologiyanın tətbiqi sahəsində dünya elminin araşdırmaları və son nailiyyətləri barədə məlumat verərək hesablama üsulları, insan biliyi və texnologiyanın birgə istifadəsinə dair nümunələr təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: