Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA prezidenti: “İnstitutlarımızın ali məktəblərlə sıx əməkdaşlığı – akademik fəaliyyətin strateji xəttidir”
10.11.2015 13:18
  • A-
  • A
  • A+

AMEA prezidenti: “İnstitutlarımızın ali məktəblərlə sıx əməkdaşlığı – akademik fəaliyyətin strateji xəttidir”

Hamıya məlumdur ki, elmdə aparılan islahatlar ən çətin ən mürəkkəb bir prosesdir. Akademiyanın 70 illik yubileyi günlərində qürurla deyə bilərik ki, səylərimizi birləşdirməklə Azərbaycanın bu əvəzsiz sərvətini qoruyub saxlaya bilmişik. Bu gün bu müqəddəs elm ocağı yaşayır inkişaf edir.

Bu fikirləri AMEA prezidenti, akademik Akif Əlizadə Akademiyanın 70 illik yubiley tədbirindəki geniş nitqi zamanı səsləndirib. Alimin sözlərinə görə, hazırda Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Milli Elmlər Akademiyası ənənələrə sadiq qalaraq elm və təhsilin inteqrasiyasına ciddi diqqət yetirir. Bu gün AMEA institutlarında müxtəlif universitetlərin kafedralarının onlarla filialı fəaliyyət göstərir. Akademiyanın çoxsaylı üzvləri və yüzlərlə alimi təhsil prosesində yaxından iştirak edirlər.

A.Əlizadə ölkə Prezidenti İlham Əliyevin dəstəyilə Akademiyanın tarixində ilk dəfə olaraq magistraturanın təsis olunduğunu və doqquz ixtisas üzrə magistrantların qəbulunun keçirildiyini diqqətə çatdırdı. “İnstitutlarımızın ali məktəblərlə sıx əməkdaşlığı – akademik fəaliyyətin strateji xəttidir” deyən AMEA rəhbəri bu istiqamətdə göstərdiyi böyük yardım və dəstək üçün dövlət başçısına təşəkkürünü bildirdi.

Alim 70 illik yubiley ilə əlaqədar Akademiya kollektivinin ərsəyə gətirdiyi dəyərli elmi əsər və monoqrafiyalardan söz açdı. Bu əsərlərin nəşrini Akademiya tarixinin müvafiq mərhələlərdə fəaliyyətinin bir növ yekunu kimi dəyərləndirdi. Qeyd etdi ki, “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitab-albomunda 70 il ərzində öz əməyi ilə respublika elminin nailiyyətlərini artıran şəxsiyyətlərin fəaliyyətini görmək olar: “Bu, bizim tariximizdir. Məhz həmin tarix bizi həm gələcəyə aparır, həm də keçmişə qaytarır. Buna görə də bizim diqqətimizi çəkən bu tarix gələcək nəsilləri də maraqlandıracaq”.

Sonda akademik A.Əlizadə elmə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan elmi ictimaiyyəti adından dövlət başçısı İlham Əliyevə bir daha təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: