Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix problemləri  üzrə Elmi Şuranın V iclası keçirilib
06.11.2015 09:28
  • A-
  • A
  • A+

Tarix problemləri üzrə Elmi Şuranın V iclası keçirilib

AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix problemləri  üzrə Elmi Şurasının V iclası keçirilib.

İclasa sədrlik edən AMEA-nın müxbir üzvü Şahin Mustafayev şuranın fəaliyyət göstərdiyi müddətdə görülən işlərdən danışıb. Qeyd edib ki, 2015-ci ilin fevralından fəaliyyətə başlayan şura artıq V iclasını keçirir.  Sədr çıxışında şuranın qarşıya qoyduğu vəzifələr, qısa və uzunmüddətli fəaliyyət planı, müxtəlif elm sahələri üzrə elektron məlumat bazasının yaradılması, mühüm istiqamətlər və tədqiqata ehtiyacı olan mövzuların müəyyənləşdirilməsi məslələri barədə ətraflı məlumat verib.

Daha sonra şuranın elmi katibi Əfşan Şəfiyeva komissiyanın gördüyü işlər barədə hesabatla çıxış edib. Şuranın elektron məlumat bazasının yaradılması prosesində görülən işlərdən danışan elmi katib yaxın günlərdə Tarix üzrə Problem Şurası arxivinin hazırlanıb elmi ictimaiyyətə təqdim ediləcəyini diqqətə çatdırıb.

İclasda, həmçinin arxeologiya, etnoqrafiya və etnologiya, vətən tarixi, ümumi tarix, tarixşünaslıq və mənbəşünaslıq və s. ixtisaslar üzrə təqdim olunmuş dissertasiya mövzuları ətrafında müzakirələr aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: