www.science.az
06.11.2015 10:23

Kimya Elmləri Bölməsinin iclasında AMEA-nın 70 illik yubileyi ilə əlaqədar bir qrup əməkdaş Fəxri Fərmanla təltif olunub

Noyabrın 5-də AMEA Rəyasət Heyətində Kimya Elmləri Bölməsinin (KEB) növbəti Büro iclası keçirilib.

Büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan KEB-in akademik-katibi, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra AMEA-nın 70 illik yubileyi ilə əlaqədar bölmənin nəzdindəki təşkilatlarda fəaliyyət göstərən bir qrup əməkdaş elmi və elmi-ictimai fəaliyyətlərinə görə KEB-in Fəxri Fərmanı ilə təltif olunublar.

İclasda Azərbaycan Dövlət Neft Şirkətinin Elm Fondunun 2013-2014-cü illərdə keçirdiyi müsabiqələrin qalibi olmuş layihələrin icrası haqqında yekun hesabatlar dinlənilib. Həmçinin 2016-cı ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlər planının hazırlanması məsələsi müzakirə olunub.

Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir