www.science.az
05.11.2015 19:58

AMEA əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Prezidentin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Azadəliyev Cəbrayıl Əbdüləli oğlu

Feyzullayev Əkpər Əkbər oğlu

İmanov Muxtar Kazım oğlu

Məmmədova Məsumə Hüseyn qızı

Mikayılov Xıdır Mustafa oğlu

Novruzov Novruz Əhməd oğlu

Salamzadə Ərtegin Əbdül Vahab oğlu.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 noyabr 2015-ci il.