Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.11.2015 10:00
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Bolqarıstanda keçirilən tədbirdə iştirak ediblər

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Bolqarıstanda keçirilən tədbirdə iştirak ediblər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü və elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Plovdiv Aqrar Universitetinin 70 illik yubileyinə həsr olunmuş konfransda iştirak ediblər.

Tədbirdə Azərbaycan alimlərinin 3 məruzəsi dinlənilib.  

Konfrans çərçivəsində iki ölkə arasında aqrar təsərrüfatda fundamental və tətbiqi tədqiqat sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Yusif Şükürov və  Bolqarıstan Aqrar Universitetinin rektoru Dmitriy Qrekov imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: