Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.11.2015 16:56
  • A-
  • A
  • A+

AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün test sualları təsdiq edildi

AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün test sualları təsdiq edildi

Məlumdur ki, AMEA prezidentinin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi” ilə bağlı sərəncamının 3-cü bəndinin icrası ilə əlaqədar AMEA-nın elmi müəssisələrində işçi qrupları yaradılmışdır. İşçi qrupları müəyyən olunmuş tələblərə uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanları üçün fənn proqramlarını və müvafiq ixtisas fənləri üzrə test suallarını hazırlayıb elmi şuraların müzakirəsinə təqdim etmişlər. Fənn proqramları və test sualları institutların elmi şuralarında və elmi bölmələrdə müzakirə edildikdən və müvafiq qərar qəbul edildikdən sonra AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilmişdir. Elm və təhsil idarəsi tərəfindən həmin proqramların və test suallarının müəyyən olunmuş texniki tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onları AMEA prezidentinin 21 oktyabr 2015-ci il tarixli sərəncamı ilə yaradılmış Ekspert komissiyasının müzakirəsinə təqdim edilmişdir. Həmin komissiya fənn proqramlarını və test suallarını geniş təhlil etmiş və xüsusi rəy hazırlamışdır. Rəyə əsasən proqramların və test suallarının fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanları zamanı istifadə olunması məqsədəuyğun hesab edilmişdir.

Bu gün AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın elmi müəssisələri tərəfindən hazırlanmış fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanları üçün fənn proqramları və müvafiq ixtisas fənləri üzrə test sualları təsdiq edildi. AMEA-nın elmi müəssisələrinə tapşırıldı ki, ixtisas fənləri üzrə proqramlarının iddiaçılara verilməsi, rus dilində imtahan verənlər üçün test suallarının tərcümə edilməsi, doktoranturaya qəbul və doktorluq imtahanlarının şəffaf və obyektiv keçirilməsi və s. təmin edilsin. Qeyd olundu ki, imtahan komissiyalarının tərkibi, imtahanların keçirilmə tarixi, vaxtı və yeri barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə qabaqcadan məlumat verilsin. AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırıldı ki, doktoranturaya qəbul və doktorluq imtahanlarının test üsulu ilə keçirilməsi üçün AMEA-nın elmi müəssisələrinə texniki yardım göstərilsin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: