Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Milli Azərbaycan Tarixi Muzeyində Naxçıvan bayraqlarına dair kitabın təqdimatı keçiriləcək
04.11.2015 15:10
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində Naxçıvan bayraqlarına dair kitabın təqdimatı keçiriləcək

Noyabrın 6-sı saat 12:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Naxçıvan bayraqları” adlı kitabın təqdimatı keçiriləcək. Kitabın müəllifi muzeyin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlovdur.

Yeni nəşrdə XVIII – XIX əsrin əvvəllərində mövcud olmuş Naxçıvan xanlığının yeni aşkar olunmuş dövlət və döyüş bayraqları haqqında məlumat verilir. Belə ki, müəllifin Rusiya Federasiyasının müxtəlif muzeylərdə apardığı araşdırmalar nəticəsində aşkar olunmuş bayraqlar Azərbaycan dövlətçilik tarixini yeni faktlarla zənginləşdirmişdir. Kitabda Dövlət Ermitajında (Sankt- Peterburq şəhəri) müəyyən olunmuş bayraqların tarixi barəsində danışılır, ilk dəfə olaraq təsvirləri, fotoları verilir. Müəllif bayraqlar üzərində olan rəmzlər, onların mənaları haqqında ətraflı məlumat verir.

Kitabda, həmçinin Milli Azərbaycan Tarixi Muzeyində dövlətçilik rəmzlərinin araşdırılma tarixi, muzeyin kolleksiyasında olan 12 xanlıq bayrağı, eləcə də Naxçıvanda formalaşdırılmış və Rusiya imperiyasının ordusunun tərkibində olmuş hərbi hissələrin döyüş bayraqlarının təsviri verilir.

Kitab dövlətçilik tarixi, heraldika və veksillologiya, Azərbaycan tarixi ilə məşğul olan mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: