Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Vinton Serf Hesablama Texnikası Assosiasiyasına rəhbərlik edir
16.12.2013 00:00
  • A-
  • A
  • A+

Vinton Serf Hesablama Texnikası Assosiasiyasına rəhbərlik edir

“Google” şirkətinin vitse-prezidenti Vinton Qrey Serf(Vinton Grey Cerf) ötən ilin may ayında keçirilmiş seçkilərdə ACM-in (Hesablama Texnikası Assosiasiyası) prezidenti seçilib.

“İnternetin atası” adlandırılan, 1967-ci ildən assosiasiyanın üzvü olan V.Serf ACM-ə 30 iyun 2014-cü il tarixinədək rəhbərlik edəcək.

Qeyd edək ki, 1947-ci ildə əsası qoyulan ACM dünyada kompüter sahəsi üzrə ən böyük elm və təhsil cəmiyyətidir. 2011-ci ilin məlumatına görə, assosiasiyanın 100.000-dən çox üzvü var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: