www.science.az
02.11.2015 13:07

Azərbaycan Dövlət İqtisad Universiteti ilə AMEA arasında innovasiya sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib

AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev Azərbaycan Dövlət İqtisad Universitetində olub.

Görüşdə iki qurum arasında innovasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib, birgə layihələrin işlənilməsinə dair ilkin razılıq əldə olunub. Bu layilərdə iştirak üçün tərəfdaşların seçilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Texnoparkların yaradılması, patent işinin təkmilləşdirilməsi və s. mövzuların müzakirə edildiyi görüşdə konkret layihəyə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir