www.science.az
30.10.2015 12:12

Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə 2016-cı ildə əməkdaşlıq planına təkliflər haqqında

Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) 2016-cı il üçün əməkdaşlıq planına daxil edilməsi tövsiyyə olunan təklifləri 15 noyabr 2015-ci il tarixinədək aşağıdakı Formalar üzrə təqdim etməyi xahiş edir:

- Azərbaycanlı mütəxəssislərin BNTİ-yə qısamüddətli ezamiyyətə göndərilməsi (Forma 2);

- BNTİ mütəxəssislərinin Azərbaycanın elmi mərkəzlərinə qəbulu (Forma 3);

- Azərbaycanlı mütəxəssislərin BNTİ-yə 3 ay və daha uzun müddətli ezamiyyətə göndərilməsi (Forma OK).

Təkliflərin 5 noyabr 2015-ci il tarixinədək AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə (əlaqələndirici şəxs: Yeganə Əliyeva, e-mail: aliyeva.aze@cern.ch,  frteb@science.az  tel: (+994 12) 4926083) təqdim edilməsi xahiş olunur.

Qeyd edək ki, göstərilən tarixdən sonra göndərilən təkliflər 2016-cı ilin planlarına daxil edilməyəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir