Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti
29.10.2015 09:26
  • A-
  • A
  • A+

Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti

Ramiz Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Dünya nizamından “nizamsızlığa” doğru

Ön söz əvəzi

Dünya birliyində bipolyar sistem dağılandan sonra gələcək qlobal təhlükəsizlik və qarşılıqlı fəaliyyət haqqında eyforiya hiss edilməyə başladı. Alimlərin, analitiklərin, jurnalistlərin çoxu beynəlxalq münasibətlərdə “güc epoxası”nın başa çatdığını bildirdilər. “Soyuq müharibə” başa çatanda dünya birliyi demokratiyanın, azadlığın və bütün dövlətlərin bərabərliyinin təntənəsi şəklində bəyan edilmiş məqsədlərə nail olmağa kökləndi

  • Paylaş: