Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan və Qazaxıstana aid elmi jurnalın təqdimatı keçirilib
28.10.2015 16:49
  • A-
  • A
  • A+

Azərbaycan və Qazaxıstana aid elmi jurnalın təqdimatı keçirilib

Qazaxıstan Respublikasının Almatı şəhərində Əl-Fərabi adına Milli Dövlət Universiteti və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ET İnstitutunun maliyyə dəstəyi ilə işıq üzü görən “Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Təmiz və Tətbiqi riyaziyyat” jurnalının Thomson Reuters (TR) siyahısına daxil olması münasibətilə oktyabrın 27-də geniş təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində çıxış edən BDU-nun Tətbiqi Riyaziyyat ET İnstitutunun direktoru, akademik Fikrət Əliyev jurnalın yaranma tarixindən, Qazaxıstan və Azərbaycan alimlərinin birgə uğurlarından söz açıb, gələcəkdə də bu təcrübənin Türk Dünyasının elm aləminə nüfuz etməsi prosesinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin bildirib ki, ilk dəfə olaraq dünya elm ictimaiyyəti türk dünyasının varlığını ciddi olaraq qəbul edib.

Tədbirdə TR agentliyinin MDB ölkələri üzrə məsul işçisi xanım D.Buxtoyarova elmi jurnalların beynəlxalq səviyyəyə çatdırılması sahəsində əldə olunan təcrübəni yüksək qiymətləndirib və daha da genişləndirilməsini tövsiyə edib. Sonra akademiklər T.Kalmenov, M.Otelbayev, professorlar M.Bekmesov, A.Kudurbek çıxış edərək Qazaxıstan elmi ictimaiyyətini bu uğur münasibətilə təbrik edib və bu prosesin davam etdirilməsinin vacibliyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: