Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2015 17:43
  • A-
  • A
  • A+

Azərbaycan və Almaniya alimləri palçıq vulkanlarında birgə tədqiqatlar aparırlar

Azərbaycan və Almaniya alimləri palçıq vulkanlarında birgə tədqiqatlar aparırlar

Almaniya alimləri azərbaycanlı həmkarları ilə birgə ölkəmizdəki palçıq vulkanlarında tədqiqatlar apararaq geodinamik prosesləri öyrənir. Bu məqsədlə Almaniyanın Bremen Universitetinin “MARUM” adı ilə tanınan Dəniz Ətraf Mühiti üzrə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri Bakıya gəlib. Qurumun Dəniz geotektonikası departamentinin elmi assistenti Qoveyn Vimer və texniki mühəndisi Timo Flaşman Geologiya və Geofizika İnstitutunun Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyevlə birgə Ələtdə Daşğil palçıq vulkanında çöl işləri aparırlar. Mütəxəssislər MARUM-da hazırlanmış müasir elektron elmi-tədqiqat avadanlığını vulkanın ərazisində yerləşdirərək hərarət və məsaməlilik təzyiqini ölçürlər.

Ç.Əliyev qeyd edir ki, bu tip texnologiya ilə tədqiqatlar 2004-cü ildən başlayıb. Hazırda daha geniş imkanlara malik olan bu avadanlıq hər gün 24 saat ərzində monitorinq aparacaq. O, Yer qabığında geodinamik proseslərin nəticəsində baş verən hərarət və təzyiqlərdəki dəyişiklikləri qeydə alacaq. Sonra alimlər məlumatları təhlil edəcək, ətrafda baş verən və zəlzələlərə səbəb ola bilən yeraltı prosesləri daha dəqiq öyrənmək imkanı qazanacaqlar.

Çöl tədqiqatları 4 gün davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: