Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.10.2015 11:06
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin tarixinə dair fotomateriallar əldə olunub

Milli Azərbaycan Tarixi Muzeyinin tarixinə dair fotomateriallar əldə olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi-fond şöbəsinin kiçik elmi işçisi Emin Məmmədov tərəfindən muzeyin XX əsrin 40-cı illərində fəaliyyətini əks etdirən fotomateriallar aşkarlanıb.

Belə ki, E.Məmmədov Moskva və Tbilisi şəhərlərində olduğu ezamiyyət müddətində elmi arxivlərdə çalışıb. Araşdırma zamanı aşkar edilən fotomateriallarda muzeyin ötən əsrin 40-cı illərində mövcud olan ekspozisiyası, muzeydə çalışan elmi işçilər, muzeyə gələn ziyarətçilər əks edilib.

Materialların surətləri əldə olunaraq Milli Azərbaycan Tarixi Muzeyinə gətirilib.

Qeyd edək ki, bu il 95 illiyini qeyd edən muzey ilk dəfədir ki, MDB arxivlərində muzey tarixinə aid materiallar əldə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: