Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Beynəlxalq offşor təcrübəsində ilk dəfə olaraq AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları tərəfindən Xəzər regionunun aktual problemlərindən birinin həlli təklif edilmişdir
26.10.2015 16:06
  • A-
  • A
  • A+

Beynəlxalq offşor təcrübəsində ilk dəfə olaraq AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları tərəfindən Xəzər regionunun aktual problemlərindən birinin həlli təklif edilmişdir

AMEA İdarəetmə Sistemləri İnstitutunun “Ekoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının rəhbəri R.Ə.Qarayev və laboratoriya əməkdaşları N.Y. Sadıqova və X.F. İmamverdiyevanın “Current World Environment” jurnalında məqaləsi dərc olunmuşdur. Məqalənin adı: “Knowledge-Based System for Environmental Monitoring of Contract Areas in the Caspian Sea”. Məqalədə Kontrakt Sahə operatorunun antropogen təsirinin və xarici çirklənmə mənbələrinin təsirinin diferensasiyası məsələsinin qoyuluşu və həll üsulu təklif olunur. Xarici mənbələr qonşu neftqaz işləmələri, munisipal, sənaye və kənd təsərrüfatı tullantıları, palçıq vulkanları, dampinqlər ola bilər. Məsələ SSRİ-nin dağılması, Xəzər şelfində neftqazçıxarma miqyasının böyüməsi (üçüncü neft bumu), Xəzər dənizinin qapalı olması, regionda mürəkkəb geopolitik şəraitin olması ilə əlaqədar olaraq son dərəcə aktualdır. Dünya offşor təcrübəsində məsələnin analoqu yoxdur.

“Current World Environment” aparıcı ekoloji jurnallar sırasındadır və beynəlxalq elmi bazalarda indeksləşmişdir: Thomson Reuters (USA), SCOPUS, Chemical Abstracts ( USA ), Index Copernicus, Zoological Record, Academic Journals Database, University of Texas Libraries, Geneva Foundation for Medical Education and Research, German National Serials Database, University of Saskatchewan (Canada), International Scientific Indexing (ISI), Open Science Directory, Lancaster University Library və s.

«Knowledge-Based System for Environmental Monitoring of Contract Areas in the Caspian Sea» məqaləsi həmçinin ABŞ Energetika Nazirliyi elmi-texniki informasiya idarəsi tərəfindən WorldWideScienceAlliance əməliyyat agenti kimi dəstəklənən World Wide Science.org (caspian sea: Topics by WorldWideScience.org) saytında da yerləşdirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: