www.science.az
21.10.2015 17:06

Akademik DilqəmTağıyev Bosniya və Herseqovina Federasiyasında elmi ezamiyyətdə olacaq

AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik DilqəmTağıyev oktyabrın 27-də Bosniya və Herseqovina Federasiyasına səfər edəcək.

7 günlük səfərdə məqsəd Bosniya və Herseqovina Federasiyasının Sarayevo şəhərində keçiriləcək Kimya elmləri və texnologiyaları üzrə I Beynəlxalq Türk Konqresində konqresin elm komitəsinin üzvü və proqrama daxil edilmiş məruzənin müəllifi kimi iştirak etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir