www.science.az
22.10.2013 00:00

Azərbaycan alimləri EABA-nın “Elektron Texnikası üçün Funksional Materialların Problemləri” üzrə Elmi Şurasının 5-ci illik iclasında iştirak ediblər

9-12 oktyabr 2013-cü il tarixlərdə AMEA Fizika İnstitutunun laboratoriya rəhbərləri, EABA-nın Elmi Şurasının üzvləri, AMEA-nın müxbir üzvləri Təyyar Cəfərov və Bahadur Tağıyev, AMEA Kimya Problemləri İnstitutunun sektor rəhbəri, kimya üzrə elmlər doktoru, professor Mirsəlim Əsədov Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Radiotexnika və Radioelektronika İnstitutunda akademik Yu.V.Gulyayevin sədirliyi ilə keçirilən Elmlər Akademyalarının Beynəlxalq Assosiasiyasının (EABA) “Elektron Texnikası üçün Funksional Materialların Problemləri” üzrə Elmi Şurasının 5-ci illik iclasında məruzələrlə çıxış ediblər.

Alimlər Moskva Fiziki-texnika İnstitutunda Elmi Şuranın üzvlərinin apardığı mühazirələrdə iştirak ediblər. 

EABA-nın Elmi Şuranınn növbəti iclasının 2014-ci ilin sentyabr-oktyabr aylarında Belarusiya Milli Elmlər Akademiyasının Fizika İnstitutunda (Minsk) keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.