www.science.az
20.10.2015 15:43

Akademik Fikrət Əliyev Qazaxıstanda Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti ilə bağlı çıxış edəcək

Oktyabrın 28-də Almatı şəhərində (Qazaxıstan) Thomson Reuters Agentliyi tərəfindən “Biliklərə əsaslanan iqtisadiyyat və elmdə innovasiyalar”  mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Beynəlxalq tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev “Elmi jurnalların beynəlxalq səviyyəyə çatdırılması” mövzusunda məruzə ilə çıxış edəcək.

Məlumdur ki, Azərbaycanda dərc olunan 3 elmi jurnal Thomson Reuters Agentliyinin Biliklər Bazasına daxil olmuşdur. F.Əliyev məruzəsində Azərbaycan alimlərinin bu sahədə qazandığı  təcrübə və əldə etdiyi nailiyyətlər barədə konfrans iştirakçılarına məlumat verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir