Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikası Prezidentinin Milli Azərbaycan Tarixi Muzeyinə yeni hədiyyəsi
20.10.2015 11:04
  • A-
  • A
  • A+

Azərbaycan Respublikası Prezidentinin Milli Azərbaycan Tarixi Muzeyinə yeni hədiyyəsi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən birinci Avropa Oyunlarının xatirə medalı AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.

925 karatdan ibarət gümüş əsaslı qızıl suyuna salınmış medal VIP qonaqlar üçün nəzərdə tutulub. 2015-ci il Bakıda keçirilən ilk Avropa oyunları loqosunun xatirə medalı Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fonduna təhvil verilib. Xatirə medalı muzeyə gələn ziyarətçilərin Bakıda keçirilən ilk Avropa oyunlarına olan marağını artıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: