Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinə antik qızıl əşyalar daxil edilib
19.10.2015 09:36
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinə antik qızıl əşyalar daxil edilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə arxeoloji qazıntılar zamanı əldə olunan qızıldan hazırlanmış antik bəzək əşyaları daxil edilib. Bunlar 11 ədəd qızıl muncuq və spiral şəkilli bəzək əşyasından ibarətdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin məlumatına görə, bu əşyalar 2008-2015-ci illərdə aparılan arxeoloji qazıntılar nəticəsində Tovuz rayonunun Menteş qədim yaşayış yerindən aşkar olunub. Kurqan qəbirdən tapılan bu əşyaların eramızdan əvvəl VI minillikdən başlayaraq IV minilliyə qədər dövrləşməsi müəyyən edilib.

Qeyd edək ki, bu qədim zinət əşyaları qadın skeletin üzərindən aşkar olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: