Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan və dünya incəsənətində soyqırımı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
16.10.2015 14:00
  • A-
  • A
  • A+

“Azərbaycan və dünya incəsənətində soyqırımı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Oktyabrın 19-da saat 11:00-da  AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan və dünya incəsənətində soyqırımı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirdə “Soyqırımı tarixi hadisə kimi”, “İncəsənətdə Xirosima faciəsinin bədii təcəssümü”, “Xolokost mövzusu və İsrail incəsənəti”, “Azərbaycan incəsənətində soyqırımı mövzusu”, “XX əsrin 30-cu illərində Qazaxıstana deportasiya olunmuş alman rəssamlarının yaradıcılığına dair”  və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: